Ermənistan aviasiyası ciddi problemlərlə üz-üzədir

Ermənistan aviasiyası ciddi problemlərlə üz-üzədir

Ermənistan aviasiyası ciddi problemlərlə üzləşir. SİA Ermənistana məxsus aysor.am saytında yayılan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Qəzet yazır ki, son zamanlar Ermənistanın mülki aviasiyasında vəziyyət çox müzakirə olunub, və etiraf olunub ki, hökumət dəyişdikdən sonra bu sahədə hər gün gərginləşən problemlər hələ də artmaqdadır.

Bu sahəyə yaxın mənbələrin sözügedən qəzetə verdiyi informasiyalara görə, həqiqətən də köhnə və təcrübəli kadrların sahəni tərk etmələri ilə əlaqəli ciddi problemlər var. Daha doğrusu, sadəcə onlardan qurtulma ənənəsi müşahidə olunur. Son bir il yarım ərzində Ermənistan Mülki Aviasiya Komitəsindən əhəmiyyətli dərəcədə və sayda kadr və mütəxəssis sızması baş verib.

Bu məsələyə üstəlik müxtəlif səbəblərdən, o cümlədən texniki nasazlıqlar səbəbindən bir sıra uçuşların təxirə salınması və ya ləğv olunduğunu da əlavə etsək, məlum olur ki, Ermənistan aviasiyası ciddi problemlərlə üz-üzədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə