Doldurulmalı boşluqlar Ermənistanda çoxdur

Doldurulmalı boşluqlar Ermənistanda çoxdur

Hökumət Ermənistanda investisiya qoyuluşundakı boşluğu doldurmalıdır. SİA Ermənistana məxsus 1in.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri iqtisadçı Aşot Markosyan deyib.

İqtisadçı ölkəsinin beynəlxalq ehtiyatlarının aşağı səviyyəsinə də diqqəti cəlb edirərək bildirir ki, istehlak bazarının sabitləşdirilməsinə ciddi ehtiyac duyulur. Əsasən iqtisadiyyatın təsirli və əhali üçün əlverişli şərait yarada bilən sahələrinə investisiya qoyuluşu indi Ermənistan üçün bu sahədə gerilik olan, həlli tələb olunan çox vacib məsələdir.

O, hesab edir ki, pulu xərcləməyin əsas istiqaməti ictimai xidmətlər, xüsusilə infrastrukturun inkişafı və yol tikintisi olmalıdır. A.Markosyan xüsusilə vurğulayıb ki, dövlət bu boşluğu doldurmalıdır.

Göründüyü kimi, bir iqtisadçı erməni tərəfindən deyilənlər də təsdiq edir ki, doldurulmalı boşluqlar Ermənistanda çoxdur və investisiya qoyuluşu, infrastruktur, yol tikintisi də bunlar sırasındadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə