Ermənistan hakimiyyəti guya Milli Təhlükəsizlik Xidmətində inhisarçılığının aradan qaldırılmasına qərar verib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə gündəlik “Qraparak” qəzeti yazır.
Qəzet yazır ki, erməni millət vəkili, Yol Polisi rəisinin keçmiş müavini Armen Xaçatryan “Kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif edərək qanunverici təşəbbüslə çıxış edib.
Nəşrin yazdığına görə, mövcud qanuna əsasən, telefon danışıqlarını almaq hüququ yalnız Milli Təhlükəsizlik Xidmətinə verilir. Xaçatryan polisə oxşar fürsət təqdim etməyi təklif edir. Söhbət, məhkəmə qərarından sonra telefon danışıqlarının dinlənilməsindən gedir. Qəzetin yazdığına əsasən, Ermənistan hakimiyyəti Milli Təhlükəsizlik Xidmətinin inhisarçılığını ləğv etmək qərarına gəlib.
Görünən isə odur ki, əslində Ermənistan hakimiyyəti Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin telefon danışıqlarını dinləmək kimi bir imkanlarını da ximətin əlindən almaq, polisə vermək, bir sözlə özününküləşdirmək niyyətindədir. Daha dəqiq desək, inhisarçılıqla mübarizə adı altında Paşinyan hakimiyyəti növbəti hiyləyə əl atır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB