Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəği 8 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb

Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəği 8 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb
Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəyi erməni hərbçiləri tərəfindən 8 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb. Bu barədə SİA-ya Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Seyfettin Ayakyay məlumat verib. Onun sözlərinə görə, bəyanatda qeyd olunur ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Ağdam rayonunda 8 yaşlı məktəbli Fariz Bədəlovu vəhşicəsini öldürüb.

"Əsrlərdir öz vəhşilikləri ilə körpə və uşaqları qətlə yetirən ermənilər bu gün də dünyanın gözünün içinə baxaraq işlərini davam etdirməkdədirlər! Bizlər isə nə edirik? Bayatılarla, göz yaşlarımızla şəhidlərimizi anmağa davam edəcəyikmi? Xocalını, Qarabağı, Laçını, Şuşanı, Kəlbəcəri və digərlərini hər zaman beləmi anacağıq? Həm bizlərin ata yurdu olan İrəvan Xanlığı torpağlarında süni dövlət quracaqlar, həm də Azərbaycanın qədim torpaqlarının 20%-ni işğal edəcəklər. Keçmişdə olduğu kimi, bu gün də körpələri, uşaqları vəhşicəsinə qətlə yetirəcəklər və bizlər də buna susacağıq? Bizlərə yaraşan budurmu? Artıq oyanaraq dünyaya haqq səsini ucaltmağın zamanı gəldi. Ya diasporda dünya güc birliyini yaratmalı, ya da üzərimizə tökülən torpağı qucaqlayaraq yatmalıyıq.
Hər bir Azərbaycan türkü yaşadığı ölkədə ermənilərin yalanlarını iflasa uğratmalı, yatan türkləri oyatmaq üçün səslərini ucaltmalıdır. Biz bir diaspor təşkilatı olaraq 8 yaşlı Fariz Bədəlovun öldürülməsini qınayaraq lənətləyir", - deyə bəyanatda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə