Intihar həddinə çatdırılma Ermənistanda adi hala çevrilib

Intihar həddinə çatdırılma Ermənistanda adi hala çevrilib

Orta yaşlı bir Ermənistan vətəndaşı hökumət binasının yaxınlığında özünü yandırmağa cəhd edib. SİA Ermənistana məxsus armlur.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Fövqaladə Hallar Nazirliyinin 911 saylı xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, 29 noyabr saat 14:16-da "911" xilasetmə xitmətinə bir vətəndaşın hökumət binasının qarşısında özünü yandırmaq istədiyi barədə məlumat daxil olub. Həmçinin bildirilib ki, özünü yandırmaqla hədə-qorxu gələn vətəndaşın məqsədi intihar etmək olub.

Yanğınsöndürmə və xilasetmə qrupu və psixoloji yardım şöbəsinin psixoloji məsləhətçisi hadisə yerinə yollanıb.
Hadisə yerində məlum olub ki, Ermənistan vətəndaşı etiraz əlaməti olaraq intihara cəhd edib. Həmçinin bəlli olub ki, vətəndaşın belə bir qərar verməsinə səbəb onun intihar həddinə çatdırılmasıdır. Görünür, Intihar həddinə çatdırılma Ermənistanda adi hala çevrilib. Əks halda, Ermənistanın hərbi xidməti də daxil olmaqla gün ərzində müxtəlif yerlərdə, indi də hökumət binası qarşısında intihara cəhd hadisəsi müşahidə edilməzdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə