İrəvanda növbəti yanğın hadisəsi

İrəvanda növbəti yanğın hadisəsi

İrəvanda, “Nor Zovk” supermarketində yanğın hadisəsi baş verib. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin 911 xilasetmə xidməti məlumat verib.

Məlumatda qeyd olunur ki, noyabrın 28-də, saat 22: 35-də 911 xidmətinə İrəvanda, Beknazaryan küçəsi, 3/3 ünvanında, “Nor Zovk” supermarketində yanğın hadisəsinin baş verdiyi barədə zəng daxil olub.
Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu və İrəvan Xilasetmə İdarəsinin altı yanğınsöndürmə briqadası hadisə yerinə yollanıb.
Məlum olub ki, “Nor Zovk” supermarketinin su qızdırıcısının yanması hadisəyə səbəb olub. Qeyd olunur ki, supermarketin bütün su qızdırıcısı və elektrik naqilləri yanaraq sıradan çıxıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə