İraqda polislə toqquşma nəticəsində 45 nəfər ölüb

İraqda polislə toqquşma nəticəsində 45 nəfər ölüb

İraqda polislə olan toqquşma nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan əvvəl 32 nəfərin öldüyü bildirilirdi.

İraqda yeni bir iğtişaş dalğası ötöən gün səhər ölkənin cənubundakı Nəcəf şəhərində İranın baş konsulluğunun yandırılması ilə başlayıb. Son məlumatlara görə burada 12 etirazçı ölüb. Etirazçılar körpünü bağlamağa çalışıblar, daha sonra polis idarəsinin qarşısına toplaşıblar.

Bununla yanaşı paytaxt Bağdadda da ölənlər haqqında məlumat açıqlanıb. İraqdakı nümayişçilər oktyabr ayının əvvəlindən hökumətin istefasını, korrupsiyaya, işsizliyə və daha yaxşı yaşayış şəraitinə qarşı mübarizə tələb edirlər.

Etiraz aksiyası ilə müşayiət olunan toqquşmalar və iğtişaşlar nəticəsində 300-dən çox insan ölüb, 15 minə yaxın insan yaralanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə