Yaponiyanın "Fikisuma-1" atom elektrik stansiyasının reaktorlarından birində radiasiya norması 1000 dəfə artıb. SİA-nın məlumatına görə, radiasiyanın artması zəlzələ nəticəsində AES daxilində soyutma sisteminin avtomatik şəbəkədən ayrılması ilə əlaqədardır. Eyni zamanda AES hüdudlarından kənarda radiasiya normasının 8 dəfə artıbr. Baş nazir Naoto Kan "Fukusima-1" stansiyası ətrafındakı 10 kilometr radiusda yaşayan bütün insanların evakuasiyasına göstəriş verib. Eyni zamanda daha bir AES-də üç nüvə reaktorunun soyutma sistemi sıradan çıxıb.
Həmçnin Yaponiyada zəlzələ qurbanlarının sayı durmadan artır. Rəsmi məlumata əsasən, 8,9 bal gücündə zəlzələ nəticəsində 1300-dən artıq insan ölüb, 1600 nəfər isə itkin düşüb. Bu barədə məlumatı Yaponiya Baş Polis İdarəsi yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB