“Münaqişənin həlli ilə bağlı müzakirələrin aparılması vacibdir” RƏY-ÖZƏL

“Münaqişənin həlli ilə bağlı müzakirələrin aparılması vacibdir” RƏY-ÖZƏL

"Təbii ki, istənilən məsələnin həllində danışıqlar prosesi vacibdir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin aparılması vacibdir, özəlliklə də ölkə rəhbərlərinin daha intensiv şəkildə biraraya gəlməsi vacibdir: "Bu baxımdan, təklifin irəli sürülməsi yerinə düşür. Ümumiyyətlə, istər Azərbaycan, istər Ermənistan tərəfindən bu addımları sürətləndirmək vacibdir. Çünki artıq 30 ildir Dağlıq Qarabağ münaqişəsi davam edir və bu gün də bu problem öz həllini tapa bilmir. Üstəlik də Ermənistan kimi, iqtisadiyyatı çökmüş bir dövlət öz zəif çiyinlərində Dağlıq Qarabağ kimi ağır bir yükü bundan sonra artıq daşıyacaq gücdə deyil. Ona görə də, danışıqları intensivləşdirməyin vacibliyini qəbul edirəm. Hər zaman Azərbaycan Prezidenti hər zaman danışıqlara hazır olub və bu təklidə onun tərəfindən yəqin ki, müsbət qarşılanır. Amma ümumilikdə Dağlıq Qarabağ münaqişəsinin həllinə bunun nə verə biləcəyi ilə bağlı proqnoz vermək bir qədər çətindir. Hər halda bu son prosesləri nəzərə alaraq, deyə bilərik ki, ən azından prosesin sürətləndirilməsi üçün müəyyən qədər razılaşmalar əldə edilə bilər".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə