"Antimilli qüvvələr gənclərdən istifadə etməyə cəhd edirlər" RƏY-ÖZƏL

"Antimilli qüvvələr gənclərdən istifadə etməyə cəhd edirlər" RƏY-ÖZƏL

"İnternet üzərindən dövlətə və xalqa qarşı düşmənçilik, xəyanət, satqınlıq, riyakarlıq nümayiş etdirənlər çirkin məqsədləri naminə Azərbaycan gənclərini düzgün yoldan çəkindirməyə, onları antimilli planlarına alət etməyə çalışırlar. Prezident İlham Əliyev noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasimdə nitqində də qeyd etdi ki, bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O bildirib ki, ölkəmizin uğurlarına, atılan addımlara qara eynəkdən baxan, düşmən dəyirmanına su tökənlər gəncləri sağlam düşüncədən, real yanaşmadan təcrid etməyə, onların beynini öz çirkin niyyətlərindən irəli gələn əsassız fikirlərlə zəhərləməyə çalışırlar: "İnternet üzərindən yayımlanan informasiya axınında neqativ hallarla, müharibə, zorakılıq, müxtəlif növ cinayətlərlə bağlı məlumatların geniş yer alması, bu kimi digər neqativ informasiyaların cəmiyyətin ictimai, sosial və mədəni həyatına geniş şəkildə sirayət etməsi bəzi gənclərin şüuruna mənfi təsir göstərir. Hər zaman pusquda duran antimilli qüvvələr sosial şəbəkələrin imkanlarından istifadə edərək, Azərbaycanın uğurlarına kölgə salmaq üçün məkrli planlarının reallaşdırılmasında gənclərdən istifadə etməyə cəhd edirlər".

N.Həmzəyev vurğulayıb ki, belə qüvvələr ölkəmizdə Azərbaycan gənclərinin gələcəyini yüksək səviyyədə qurmaq üçün geniş imkanların mövcud olduğunu unutmamalıdırlar: "Şəxsi ambisiyaları naminə gənclərimizi zəhərləyən siyasi oyunbazlardan, avantürasından özünü qorumaq hər bir Azərbaycan vətəndaşının əsas vəzifəsi olmalıdır. Azərbaycançılıq ideologiyasına əsaslanan tərbiyədə təkcə təhsil işçiləri, təlim-tərbiyə sahəsində çalışan mütəxəssislər deyil, hər kəs səfərbər olmalıdır. Gəlin, ölkəmizin daha da qüdrətli dövlətə çevrilməsi, çiçəklənməsi naminə sabahımız olan gəncliyimizi qoruyaq”.

İnternet üzərindən yayımlanan informasiya axınında neqativ hallarla, müharibə, zorakılıq, müxtəlif növ cinayətlərlə bağlı məlumatların geniş yer alması, bu kimi digər neqativ informasiyaların cəmiyyətin ictimai, sosial və mədəni həyatına geniş şəkildə sirayət etməsi bəzi gənclərin şüuruna mənfi təsir göstərir. Deputatın fikrincə, hər zaman pusquda duran antimilli qüvvələr sosial şəbəkələrin imkanlarından istifadə edərək, Azərbaycanın uğurlarına kölgə salmaq üçün məkrli planlarının reallaşdırılmasında gənclərdən istifadə etməyə cəhd edirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə