Roma Papası XVI Benediktin qələminin məhsulu olan "Nazaretli İsa" adlı trilogiyasının ikinci cildi çapdan çıxıb Bu fakt dünya mədəni və dini xronikasında əlamətdar hadisəyə çevrilib.
SİA-nın xəbərinə görə, İncil rəvayətlərinin izahlı təhlilindən ibarət olan bu kitabda pontifik xristianları və yəhudiləri "əsrlər boyu davam etmiş qarşıdurmadan sonra" Bibliyanı oxuyarkən dialoqa çağırır.
Vatikan başçısı öz yeni əsərində İsa Məsihi çarmıxa çəkmək barədə tarixi ittihamı yəhudi xalqının üzərindən tamamilə götürmüş və Matfeyin İncilində 27-ci fəslin məşhur sətirlərini yeni şəkildə yozmağı təklif edib
Yozef Ratsinger izah edir ki, dirilmiş İsa "reanimasiya edilmiş mərhum" deyildir: onun dirilməsi insan varlığının yeni təzahürüdür.
"İsa öz sözü ilə dini dünyagörüşünü siyasi dünyagörüşündən, dini etiqadı siyasətdən ayırmaqla dünyanı dəyişmişdir", - deyən Roma Papası vurğulayır ki, Tanrı səltənətində zorakılığa yer yoxdur.
Ekspertlər ilahiyyatçı Papanın bu tədqiqatının çox dərin elmi məna kəsb etməsini vurğulayırlar. Müəllif trilogiyanın "Qüdsə daxil olandan Meraca qədər" adlanan bu cildində keçmişin və müasir dövrün Platon, Karl Marks, Blez Paskal kimi görkəmli mütəfəkkirlərinə, müxtəlif ölkələrin ilahiyyatçılarına, görkəmli katolik iyerarxlara və alimlərə istinad edir.
Müəllif XVI Benedikt ümumi tirajı 1,2 milyon nüsxə olan, 7 dildə çap edilmiş bu kitabın müqəddiməsində öz tədqiqatının növbəti, üçüncü cildinin məzmunu barədə də məlumat verir.
Papa trilogiyanın üçüncü cildini nazaretli İisusun uşaqlıq illəri barədə İncil hekayətlərinin təhlilinə həsr etmək fikrindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB