Prezident İlham Əliyev Səbail rayonundakı 6 nömrəli məktəbin yeni binasında tikinti işlərinin gedişi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də paytaxtın Səbail rayonundakı 6 nömrəli məktəbin yeni binasında tikinti işlərinin gedişi ilə tanış olub.
SİA-nın xəbərinə görə, dövlətimizin başçısı 6 nömrəli məktəbin yeni binasının tikildiyi əraziyə gəldi, inşaat işlərinin gedişi ilə tanış oldu. Prezident İlham Əliyev məktəbin yeni binasının inşası ilə bağlı tapşırıqlar verdi.
Bildirildi ki, qısa vaxt ərzində binanın beş mərtəbəsi inşa edilmiş, idman zalı üçün nəzərdə tutulan korpusun tikintisi başa çatdırılmışdır. Hazırda binada tamamlama işləri aparılır. Burada şagirdlərin təhsil almaları üçün yüksək şərait yaradılacaqdır.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB