Rusiya zəif və süquta uğrayan Ermənistanı diz çökdürəcək – Njdeyə görə!

Rusiya zəif və süquta uğrayan Ermənistanı diz çökdürəcək – Njdeyə görə!

Ermənistan rəhbərliyinin faşist əlaltılarını qəhrəman obrazında qələmə vermək siyasəti, necə deyərlər, öz "bəhrəsini” verməkdədir, özü də Rusiya mediasında. Belə ki, Rusiya nəşrləri Ermənistan rəhbərliyinin və şovinizmə qapılmış xalqının bu addımlarını kəskin tənqid etməyə başlayıb. Artıq mütəmadi olaraq, Şimal qonşumuzun ölkənin mətbu orqanlarında bununla bağlı tənqidi materiallar dərc edilməkdədir.

Yeri gəlmişkən, hələ 2 il əvvəl Rusiyada artan narazılıqlarla bağlı Ermənistanın "Qolos Armenia” qəzeti narahatçılığını ifadə edən məqalə dərc etmişdi. Mqalədə bildirilirdi ki, ekspertlər” faşist əlaltısı Njdeyə görə Ermənistana təzyiq göstərməyə çalışırlar. Misal kimi "Vestnik Kafkaza” saytı göstərilirdi və xüsusi qeyd edilirdi ki, bu sayt antierməni mövqedə durub. "Rusiya resursu hər gün antierməni təbliğatı aparır. Rusiyadakı Ermənistan səfirliyi və digər erməni strukturları hara baxır”, - deyə məqalədə sual olunub. Daha sonra erməni nəşri xatırladıb ki, Qaregin Njdenin yenidən dirçəldilməsi hakim Respublika Partiyasının ideologiyasının əsasını təşkil edir və partiyanın sədri olan ölkə prezidenti Serj Sarkisyana bu cür təzyiq çətin ki, xoş gəlsin. Ancaq bu gün Ermənistanda hakimiyyət dəyişikliyinin olmasına rəğmən, Nikol Paşinyan iqtidarı da eyni mövqeni sərgiləyir.

“Komsomolski Pravda”da Mixail Zabelinin "Yerevanın mərkəzində Hitlerin sovet məhkəməsi tərəfindən məhkum edilmiş əlaltısının heykəli açılıb” sərlövhəli məqaləsi verilmişdi.

O da sirr deyil ki, ermənilərin “başbilən” və s. "alimləri” isə hər vəchlə faşist Njdeni təmizə çıxarmağa çalışırlar. Onların gülünc iddialarına görə, Qaregin Njde alman hakimiyyət orqanları ilə əməkdaşlıq etməyə məcbur olub. "1930-cu illərdə Almaniyada yaşayan ermənilər semit xalqı hesab edilirdilər və biz də yəhudilərin taleyini yaşaya bilərdik. Müharibənin birinci günlərində erməni hərbçilər əsir düşdülər və onları azad etmək, qırğından qurtarmaq əsas məsələ kimi qarşıya qoyuldu. Məhz Njde də bu səbəbdən faşistlərlə yaxınlıq etməyə məcbur oldu” – deyə saxta erməni tarixçiləri iddia edirlər.

Lakin artıq Rusiya və qərb mətbuatında ermənilərin bu çirkin siyasətini ifşa edən çoxsaylı materiallar dərc edilməkdədir. Məsələn, bu gün olduğu kimi, hələ 2 il əvvəl "Komsomolskaya pravda” qəzetinin portalında Azərbaycan politoloqu və millət vəkili Mixail Zabelinin "Yerevanın mərkəzində Hitlerin sovet məhkəməsi tərəfindən məhkum edilmiş əlaltısının heykəli açılıb” sərlövhəli məqaləsi verilmişdi. Müəllif yazıb ki, "mayın 28-də Rusiyada Sərhədçi günü qeyd edilib. Bu bayram həm Moskvada, həm də uzaq zastavalarda, o cümlədən xarici sərhədləri Rusiyanın "yaşıl furajkalı” hərbi qulluqçuları tərəfindən qorunan MDB ölkələrinin sərhədlərində təntənəli şəkildə qeyd olunub. Həmin ölkələr sırasına Ermənistan da daxildir – onun İran və Türkiyə ilə sərhədlərini indiyə qədər rusiyalı sərhədçilər qoruyur. Ermənistanın özündə isə həmin gün ... Hitlerin əlaltısı, hərbi cani, sovet məhkəməsi tərəfindən məhkum olunmuş Qaregin Njdenin heykəlinin açılışı olub”.

Qaregin Njde şəxsən Berlinə gedib, orada Fürerə ehtiramını bildirib və bundan sonra general Drastamat Kanayan (Dro) ilə birlikdə "Erməni SS legionu” yaratmağa başlayıb

O da sirr deyil ki, Qaregin Njde (əsl adı Qaregin Ter-Arutyunyan) 1886-cı ilin yanvar ayında Azərbaycanın Naxçıvan bölgəsində anadan olub: "O, hələ XX əsrin əvvəlində "inqilabi terror”a sevgisi ilə fərqlənirdi. Sonra "erməni milli ordusu” yaratmaqla məşğul olub, Vedibasarda və doğulduğu Naxçıvanda azərbaycanlılara qarşı amansız etnik təmizləmələr həyata keçirməsi ilə məşhurlaşıb. 1921-ci ildə Ermənistanda Sovet hakimiyyəti qurulanda Qaregin Njde Avropaya köçüb, orada artıq otuzuncu illərdə faşizm ideyaları ilə ciddi maraqlanıb və xaricdə yaşayan ermənilər arasında "Seqakron” adlı faşist təşkilatı yaradıb. 1942-ci ildə Qaregin Njde şəxsən Berlinə gedib, orada Fürerə ehtiramını bildirib və bundan sonra general Drastamat Kanayan (Dro) ilə birlikdə "Erməni SS legionu” yaratmağa başlayıb, bu legionun komandirinin müavini vəzifəsini tutub. Onun başçılığı ilə on minlərlə insan məhv edilib. Ola bilsin ki, bəzi oxucular bu məqamda fikirləşəcəklər: müəllif ağ eləmir ki? Lakin bu cür nəticələr çıxarmazdan əvvəl gəlin faktlarla danışaq. Faktlar isə inandırıcı şəkildə göstərir: Njde hitlerçilərlə əməkdaşlıq edirdi, açıq-aşkar və çox fəal şəkildə.

Şimal qonşumuzun mətbuatı daha nə yazır? SİTAT: "Dronun və Njdenin başçılığı ilə erməni SS-çilər tərəfindən törədilmiş qanlı cinayətlər barədə bu gün də arxivlərdə çoxlu məlumat var. Onlar partizanlara qarşı əməliyyatlar keçirib, yəhudiləri və qaraçıları məhv ediblər. 809-cu erməni piyada batalyonu Ukraynada və Polşada o qədər fəallıq göstərib ki, Vermaxtın Ukraynadakı komandanı Gitsinger və Şərq hissələrinin komandanı general-mayor İgen bu batalyonu tərifləyib. Erməni SS batalyonunun tərkibinə daxil olan "Dromedar” zonderkomandası Şimali Qafqaz cəbhəsi qoşunlarının arxasında kəşfiyyat-təxribat tədbirləri həyata keçirir, fürsət düşdükcə "untermenş”ləri məhv edirdi. Bir sözlə, Qaregin Njdenin hitlerçi hakimiyyətlə münasibətləri Banderanın və Şuxeviçin münasibətlərindən daha yaxın olub. Sözün qısası, bu hadisələrin miqyası "erməni-azərbaycanlı münasibətləri”nin çərçivəsindən kənara çıxır”.

Bütün bunlar isə bir daha sübut edir ki, Ermənistanda faşizm ideologiyası hökm sürür və artıq Rusiya tərəfi buna biganə qala bilməz. Artıq Rusiya-Ermənistan münasibətlərinə qədər təsir edən bu fakt da sübut edir ki, əgər qaniçən və sadist Njdenin abidəsi ortadan götürülməzsə, güclü Rusiya zəif və süquta uğrayan Ermənistanı diz çökdürüb, məhv etmək məcburiyyətində qalacaq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə