"Prezidentin milli-mənəvi dəyərlərimizlə bağlı çağırışları əhəmiyyətli mesaj idi" ŞƏRH-ÖZƏL
"Bakı Dövlət Universiteti bizim həm milli, mənəvi həm də elmi, siyasi dəyərimiz, sərvətimizdir. Ulu Öndər Heydər Əliyev də BDU haqqında fikir söyləyəndə bildirmişdi ki, bu ali təhsil müəssisəsi bizim milli sərvətimizdir. Ötən gün BDU-nun 100 illik yubileyi ilə keçirilən təntənəli mərasim bir daha bu fikrləri təsdiq etmiş oldu”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.
O bildirib ki, BDU təhsil, elm ocağı olmaqla yanaşı,bir həyat məktəbidir: “Orada təhsil alan hər bir tələbə orada elm almaqla yanaşı, həm də həyat məktəbi keçmiş olur. BDU-suz dövlətimizi, dövlətçiliyimizi, tariximizi, inkişafımızı təsəvvür etmək mümkün deyil. 1 əsrə yaxın müddətdə Azərbaycanın əldə etdiyi bütün uğurlarda BDU-nun payı və rolu var. Universitet bizə Cümhuriyyət qurucularımız tərəfindən böyük sərvət, nemətdir. Ona görə də onu dəyərləndirmək lazımdır”.
Prezident İlham Əliyevin BDU-nun 100 illik yubileyi ilə bağlı təntənəli mərasimdə iştrak etməsinin sevindirici hal olduğunu deyən kafedra müdiri söyləyib ki, ölkə başçısının mərasimdə genş nitqlə çıxış etməsi yaddaşlarda silinməz iz buraxdı: “Bununla yanaşı dövlət başçısı tərəfindən təhsil ocağında fəaliyyət göstərərn əməkdaşlarımız, müəllimlərimiz təltif olundular ki, bu, onların əməyinə dövlət tərəfndən verilən qiymətdir. Buna görə hər birimiz dövlət başçısına minnnətdarıq, qürur duyuruq”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin tədbirdə çıxışı zamanı çox mühüm, hətta bu günə qədər toxunulmayan bəzi məqamlara da toxundu: “Cənab prezidentin çıxışında diqqəti çəkən əsas məqamlardan biri milli mənəvi dəyərlərimizlə bağlı çağırışları idi. Hesab edirəm ki, bu məqamların dövlət başçısının dilindən səsləndirilməsi çox şərəfli idi. Biz bilirik ki, mənəvi dəyərlərimiz yüz illərdir ki, nəsildən nəsilə ötürülərək bu günə qədər gəlib çıxıb. Bu gün onları qorumalıyıq. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır”.
K.Əliyeva qeyd edib ki, ümumiyyətlə, ölkə başçısının ötəngünkü nitqi hər kəs, amma ən əsası isə gənclərmiz üçün əhəmiyyətli mesaj idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB