Ermənistanda etiraz aksiyaları yenidən başlayıb​

Ermənistanda etiraz aksiyaları yenidən başlayıb​

İrəvan Dövlət Universitetinin tələbələrinin tətili davam edir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, universitetin erməni filologiyası və tarixi fakültələrinin tələbələri bu gün yenidən etiraz aksiyalarına başlayıblar.

Məlumatda qeyd olunur ki, universitetin tələbələri rektor vəzifəsini icra edən Qeqam Qevorqyanın kabineti önünə toplaşaraq onunla görüş tələb ediblər.

“Rektorla görüşməyi səbirsizliklə gözləyirik. Ümid edirik ki, Elmi Şuranın niyə "erməni dili", "erməni ədəbiyyatı" və "Ermənistan tarixi" mövzularını müzakirə etməməsini izah edəcəkdir. Dünən bu barədə tələbimizə cavab olaraq, heç bir şey haqqında danışmayan son dərəcə deklarativ məqamları əks etdirən bir məktub aldıq. Elmi Şuranın fövqəladə iclasının niyə çağırılmadığını başa düşmək istəyirik", deyə etirazçı tələbələr bildiriblər.

Rektor sizi qəbul etməsə, növbəti addımlarınız nə olacaq sualına etirazçılar, etiraz aksiyalarını davam etdirəcəklər, cavabı veriblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə