Erməni porno ulduzda utanmaq hissi oyanıb

Erməni porno ulduzda utanmaq hissi oyanıb

Erməni əsilli porno ulduz Kim Kardaşyan artıq çılpaq şəkildə çəkilməyəcəyini söyləyib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Amerikanın teleməkanının məşhur porno ulduzu erməni əsilli iş adamı Kim Kardaşyan, artıq bundan sonra çılpaq çəkilməyəcəyini deyib.

Ərinin də onun işindən narahatlıq keçirdiyini deyən porno ulduz, hələ indi bunun fərqində olduğunu etiraf edib.
"Bilmirəm, bəlkə də məsələ ərimin sözlərindədir ki, bəzən çox seksual görünüşümə görə o özünü rahat hiss etmir. Həmişə onu dinləyirəm və hisslərini başa düşürəm. İstədiyim kim olmağım və istədiyimi etməyim üçün məni həmişə dəstəkləyib. Ancaq bir növ son zamanlar bütün bunların fərqindəyəm”, deyə Kim Kardaşyan The Cut-ə verdiyi müsahibədə bildirib.

Dörd uşaq anası etiraf edib ki, uşaqlarının yanında öz İnstaqramına baxa bilmir, çünki orada açıq-saçıq, uşaqların tərbiyəsini, əxlaqını pozan fotoşəkilləri tez-tez görmək olur. Bir sözlə, erməni porno ulduzda utanmaq hissi oyanıb. O, eyni zamanda açıq-saçıq çılpaq fotolarının ABŞ ədliyyə sistemindəki islahatlar işinə xələl gətirə biləcəyini də qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə