Aİ-nin neft ixrac edən 10 ölkəsi arasında Azərbaycan birinci yeri tutur
Neft hasilatı zamanı quyulardan neftlə birlikdə çıxan səmt qazının atmosferə atılmasının azaldılması iqlim dəyişməsi təsirinin yumşalması sayəsində göstərilən mühüm tədbirlərdəndir. SİA xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bu gün keçirilən “İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda beynəlxalq konfransda çıxış zamanı bildirib.
Onun sözlərinə görə, SOCAR Dünya Bankının səmt qazının yandırılması üzrə Qlobal Tərəfdaşlıq Təşkilatı ilə əməkdaşlığa 2008-ci ildən başlayıb: “SOCAR-ın gördüyü işlərin nəticəsində Dünya Bankı tərəfindən iki dəfə ali mükafata layiq görülüb. Avropa Komissiyasının İqlim dəyişmələri fəaliyyəti üzrə baş direktorluğu tərəfindən maliyyələşdirilmiş iqlim dəyişmələrinin təsirinin yumşalması üçün istehlak əsaslı yanaşmalar tədqiqatının nəticəsində ekspertlər bildiriblər ki, Azərbaycan yandırılan səmt qazının səmərəliliyinin nisbətinə görə Avropa İttifaqının neft ixrac edən 10 ölkəsi arasnda birinci yeri tutur”.
R.Hüseynzadə bildirib ki, SOCAR 2015-ci ildən BMT-nin İnkişaf Proqramı ilə birgə Azərbaycan yanacaq istehlakı sektorunda karbon emissiyasının azalmasını təmin edən milli fəaliyyət Planı layihəsinin icra etməkdədir: “Bu layihə üç komponentdən ibarətdir. Onlardan biri də səmt qazının istifadəçiyə verilməsidir. Artıq bu komponent üzrə işlər yekunlaşıb. Beləliklə il ərzində 63 quyudan 7 milyon kubmetr qazın yığılaraq Siyəzən və Şabran rayonları ərazisində kəndlərə ötürülməsinə start verilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB