Yaponiyanın Honsü adasının şərq sahillərində baş vermiş zəlzələ Sakit okean və Şimali Amerika sərhədləri arasında subduksiya zonası üzərində və ya yaxınlığında üst tavalarının sıxılması nəticəsində baş verib. SİA-nın ABŞ Geoloji Xidmətinin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, zəlzələnin baş verdiyi en dairəsində Sakit okean tavası təxminən, qərb istiqamətində ildə 83 mm sürətlə hərəkət edir. Sakit okean tavası Yaponiya novuna (okean çökəkliyi) düşərək Yaponiyanın alt hissəsinə keçib və oradan da qərb istiqamətdə hərəkət edərək Avrasiyanın altına daxil olur.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 09:46-da və 10:06-da Yaponiyanın Honsü adası sahillərində bir-birinin ardınca 2 zəlzələ baş verib. Yeraltı təkanlardan dərhal sonra Miyagi prefektura sahillərində sunami baş verib və dağıntılara səbəb olub. Artıq təbii fəlakət zamanı ölənlərin sayı 92 nəfərə çatıb. Bu rəqəmin artacağı istisna olunmur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB