Dövlət Gömrük Komitəsinin inzibati binasında DGK rəhbərliyinin iştirakı ilə “2019-cu ilin 10 ayı ərzində görülən işlər, qarşıda duran vəzifələr” mövzusunda mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, mətbuat konfransında DGK sədri Səfər Mehdiyev çıxış edərək prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, gömrük sistemində də həyata keçirilən innovativ islahatların ticarətin asanlaşdırılmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, beynəlxalq tranzitin inkişafına, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunmasına, kölgə iqtisadiyyatının aradan qaldırılmasına münbit şərait yaratdığını bildirib.
S.Mehdiyev infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını, yüzlərlə texniki avadanlıqların alındığını və bunun hesabına yüklərə tətbiq edilən fiziki yoxlamaların 70 faizə qədər azaldıldığını, sərhədkeçmə proseslərinin sürətləndirildiyini, gömrük-keçid məntəqələrində sıxlıqların minimuma endirildiyini bildirib: "İslahatlardan əvvəl səhəd-buraxılış məntəqələrindən 200 yük nəqliyyat vasitəsi keçirdisə, hazırda bu rəqəm 650-yə çatdırılıb və sərhədlərdə gözləmə problemi aradan qaldırılıb".
S.Mehdiyev elektron idarəetmə sistemlərinin inkişafı istiqamətində görülən işlər barədə də məlumat verib, artıq gömrük orqanlarının tam elektron bəyanetmə sistemində fəaliyyət göstərdiyini, elektron ticarətin inkişafı məqsədilə yeni layihələrin həyata keçirildiyini, tezliklə informasiya texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi hesabına mobil gömrük həllərinin reallaşdırılmasına başlanılacağını deyib.
Gömrük prosedurlarının asanlaşdırılması istiqamətində atılan addımlardan da bəhs edən komitə sədri risklərin təhlili və idarəoluması sisteminin tətbiqi hesabına ticarətin asanlaşdırılması və sürətləndirilməsində uğurlu nəticələrin əldə olunduğunu vurğulayıb.
Sədr eyni zamanda, yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi istiqamətində görülən işlərdən və bu sistemin faydalarından danışıb.
Səfər Mehdiyev bildirib ki, əgər əvvəllər sərhəd-keçid məntəqələrinin nəqliyyat vasitəsi tutumu gündəlik 200 ədəd idisə, bu gün bu rəqəm 450-600 ədəddir.
Mətbuat konfransında bu ilin on ayı ərzində əldə edilən nəticələri, statistik göstəriciləri əks etdirən slaydlar nümayiş etdirilib, ardınca isə media nümayəndələrini maraqlandıran suallar cavalandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB