Qondarma "erməni soyqırımı" ABŞ konqresində yenidən gündəmə gəlib. SİA-nın xəbərinə görə, bu dəfə isə soyqırım məsələsinə konqresmen Eliot Enqel ABŞ-ın Xarici İşləri yarımkomissiyasının iclasında çıxışı zamanı toxunub. O, Türkiyənin İsrail dövlətinə qarşı tutduğu mövqeyi əsas gətirərək rəsmi Ankaranın Tel-Əvivdən üzr istəməli olduğunu deyib: "Biz Türkiyənin "soyqırım"a görə Ermənistandan üzr istəməsinə nail ola bilmirik. Heç olmasa İsrail dövlətinə qarşı tutduğu mövqeyinə görə təzyiqlər edək".
ABŞ-Ermənistan dostluq qrupunun üzvü Ani Ton isə konqresmen Eliot Enqelin guya düzgün mövqe tutduğuna görə öz təşəkkürünü bildirib: "Biz "erməni soyqırımı"nın həqiqətlərini yaymağa çalışan bütün şəxslərlə əməkdaşlıq etməyə hazırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB