Təhqir, nifrət təbliğatı, dözümsüzlük Ermənistanda söz azadlığına ciddi təhdiddir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Arman Tatoyan bu gün Ermənistandakı ombudsman aparatının 15 illiyinə həsr olunmuş beynəlxalq konfransda bildirib.
Məlumatda qeyd olunur ki, Arman Tatoyan insan hüquqlarının müdafiəsi sahəsində problemlərə toxunaraq bu problemlərin movcudluğunu da etiraf edib: "Söz azadlığının təminatları təhqir və nifrət dolu sözlərdən müdafiə edə bilməz."
Onun sözlərinə görə, problem qapalı cəzaçəkmə müəssisələrdə də var və azadlıqdan məhrum edilmiş insanlara da münasibət normal deyil. Arman Tatoyan Qadın hüquqlarının qorunması sahəsində də problemlərin mövcudluğunu etiraf edib və bildirib ki, Ermənistanda qadınlara qarşı zorakılığın qarşısının alınması özü bir problemə çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB