"Dialoqlar münasibətlərin daha da inkişaf etməsinə kömək edəcək" ÖZƏL-MÜNASİBƏT

"Dialoqlar münasibətlərin daha da inkişaf etməsinə kömək edəcək" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına səfəri çox uğurlu olub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Azərbaycanın regionlararası iqtisadi əlaqələrinə dair Forum keçirilib və bu Forumda qarşılıqlı ticarət əlaqələrin həcminin iki dəfə və daha çox artırılmasına dair razılıqlara gəliblər: "Regionlararası əməkdaşlıq uzun müddətdir ki, davam edir və bu əlaqələr digər regionlara da yayılmaqdadır. Bu addım əlaqələrin daha dinamik, daha sürətli inkişafına təkan verəcək. Həmçinin birinci vitse-prezident Mehriban Əliyevanın Rusiya prezidenti Vladimir Putinlə və baş nazir Dmitri Medvedyevlə görüşü bütünlükdə həm Azərbaycan-Rusiya münasibətlərinin inkişafına, həm də regional problemlərin həllinə münasibdir. Aparılan dialoqlar Rusiya və Azərbaycan münasibətlərinin etimad dairəsinin daha da genişləndirilməsinə, münasibətlərin daha da inkişaf etməsinə kömək edəcək".

Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə