"Mehriban Əliyeva müasir Azərbaycanın Sara Xatunudur" - MÖVQE

"Mehriban Əliyeva müasir Azərbaycanın Sara Xatunudur" - MÖVQE

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusyaya səfəri “Xalq Təsərrüfatı Nəaliyyətləri” sərgisi ilə bağlı olsa da, Mehriban xanımı çox yüksək səviyyədə qarşılayıblar. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, bu bir yenilikdir ki, dörd günlük səfərdə birinci vitse-prezidenti böyük bir dövlətin həm Prezidentinin, həm Baş nazirinin, həm Federasiya Şurası sədrinin yüksək səviyyədə qəbul etməsi və eyni zamanda "Dostluq" ordeni ilə təltif olunması sadə məsələ deyil: “Bütün bunların Azərbaycana nə kimi xeyirləri olacağına gəldikdə isə əvvəla Azərbaycan-Rusiya münasibətləri artıq yeni müstəvidə inkişaf etməyə başlayıb. Belə ki, ölkəmiz əvvəl cənab Prezident tərəfindən təbliğ olunurdusa, artıq ikinci bir qanad da formalaşıb. Siyasi cəhətdən desək, qoşa qanad siyasəti nəticəsində Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyəyə çatdırılacaq”.

C.Nuriyev qeyd edib ki, iqtisadi sahədə Azərbaycan-Rusiya münasibətləri yeni müstəviyə keçəcək. “Əgər indiyə qədər artım 26 faiz idisə bundan sonra təbliğatın daha da gücləndiriməsi ilə Azərbaycanın ixrac potensialı artacaq”.

Onun sözlərinə görə, investisiya sahəsində də artım gözlənilir. “Bildiyiniz kimi Rusiyanın Azərbaycana qoyduğu investisiya 4 dəfə çoxdur. Azərbaycana 1,2 milyard dollar investisiya qoyubsa, növbəti ildə həmin investisiyanın miqdarı artacaq. Çünki hər iki tərəf investisiyanın təşviq olunmasına da xüsusi zəmanət veriblər”.

Politoloq onu da qeyd edib ki, Azərbaycan və Rusiya arasında hərbi sahədə müttəfiqlik məsəslələrinə açıq şəkildə toxunulmasa da, Azərbaycan Rusiyadan kifayət qədər silah alır. “Bu sahədə yeniliklər olacağı istisna deyil”.

C.Nuriyev vurğulayıb ki, əlbəttə xüsusən mədəniyyət sahəsində də inkişafın olması qaçılmazdır. “Rusiyada 3 milyondan çox azərbaycanlının yaşadığı faktdır və onların vətəni Azərbaycandır. Azərbaycan dövləti onları sahiblənməlidir və sahiblənir də. Bu mənada orada yaşayan azərbaycanlıların vəziyyəti də yaxşılaşacaq. Çünki, adətən hansı dövlət öz vətəndaşları ilə başqa ölkədə maraqlanırsa, həmin dövlətin vətəndaşlarının məskunlaşdığı xarici ölkədəki nüfuzu da yaxşılaşır. Bütün bunları nəzərə alaraq demək olar ki, Mehriban xanımın səfəri çox uğurlu bir səfərdir”.

Sonda isə politoloq vurğulayıb ki, bütünlüklə götürsək Azərbaycan-Rusiya münasibətləri yeni bir müstəvidə inkişaf edəcək. Yəni, bu günə qədər cənab İlham Əliyev səviyyəsində bu məsələ müzakirələr olunur və münasibətlər yaxşı idisə, artıq ikinci qanad olaraq xanım Əliyevanın bu işə qoşulması və ilk rəsmi səfəri olmasına baxmayaraq çox yüksək səviyyədə qarşılanması, məntiqli, ardıcıl, Azərbaycanın maraqlarına uyğun olaraq, eyni zamanda bütün diplomatik etiketləri gözləməklə səfərin bu cür təşkil oluması çox uğurlu haldır. Mən deyərdim ki, Mehriban xanım müasir Azərbaycanın Sara Xatunudur. Əgər bu məsələyə filoloji aspektdən yaxınlaşsaq, bəli bu həqiqətdir və nəzərə alsaq ki, Sara Xatun da Azərbaycanın ilk diplomatik qadını olub və nəticə etibarilə Mehriban xanımın Rusiya səfəri göstərdi ki, Azərbaycanın yeni Sara Xatunu var və o Azərbaycanı dünyanın istənilən dövlətində yüksək səviyyədə təmsil etmək qabiliyyətinə və bacarığına malikdir.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə