Ermənistanda dövlət çevrilişi hazırlanır

Ermənistanda dövlət çevrilişi hazırlanır

Artur Vanetsyan Ermənistanda aktiv siyasi proseslərdədir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "İrates" qəzeti yazır.

Qəzet Milli Təhlukəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın aktiv siyasi proseslərdə olduğunu yazır. Nəşrin yazdığına görə, Vanesyan keçmiş hökumətlə və indiki ilə də heç bir əlaqəsi olmayan və qüsursuz bir siyasi tərcümeyi-halı olan fiqurları axtarır və “işə götürür”. Bütün hallarda, Vanesyan bu meyarlara əhəmiyyət verir, ancaq belə insanları harada tapacağını təsəvvür etmək çətindir.

Qəzet yazır ki, əldə edilən məlumata görə, Vanesyan bütün istiqamətlərdə - informasiya, komanda və təbliğat sahəsində çalışaraq siyasi fəaliyyətə başlamağa çox ciddi hazırlaşır. Görünür, Ermənistanda dövlət çevrilişi hazırlanır və Vanesyan Paşinyanı devirmək planları üzərində işləyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə