Sabiq erməni prokuror cinayətdə ittiham olunub

Sabiq erməni prokuror cinayətdə ittiham olunub

Ermənistanın sabiq prokuroruna 48 saat vaxt təyin edilib və geri dönəcəyinə söz verilib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq İdarəsinin mətbuat katibi Marina Ohancanyan məlumat verib.
Məlumat verilir ki, Ermənistanın sabiq prokuroru, sabiq deputat Qevorq Kostanyan 1 mart 2008-ci ildə baş vermiş iğtişaş hadisəsində ittiham edilir. Həmçinin qeyd olunur ki, Qevorq Kostanyanın təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib və Ermənistan Cinayət Prosessual Məcəlləsinin 203-cü maddəsinin 1-ci hissəsinə əsasən, ittiham qaldırmaq üçün 48 saat ərzində istintaq orqanına gəlməsi üçün dəvət edilib.
Xatırladaq ki, Kostanyan dərsləri olduğunu bəhanə gətirib və sessiya bitdikdən sonra qayıdacağını bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə