Ermənistan vətəndaşılığından imtina edən ermənilərin sayı artır
2019-cu ildə Ermənistan vətəndaşlığından imtina edərək Rusiya vətəndaşlığını qəbul edən ermənilərin sayı məlum olub. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus "İzvestiya" məlumat verir.
Məlumatda qeyd olunur ki, 2019-cu ildə Rusiya vətəndaşlığını qəbul etmiş xarici vətəndaşların sayı ötən illə müqayisədə 1,5 dəfə artıb. Məlumata görə, bu ilin yanvar-sentyabr aylarında xarici vətəndaşlara 285 min pasport verilmişdir ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 48% çoxdur.
Həmçinin xəbər verilir ki, bu dövr ərzində 17 min Ermənistan vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib. Ermənilərin özlərinin də sayının ardığı məlumatda öz əksini tapır.
Görünür, ermənilər öz ölkələrindən sürətlə imtina etməyə başlayıblar və əbəs yerə deyil ki, vətəndaşılığından imtina edən, Rusiya vətəndaşlığını qəbul edən ermənilərin sayı artır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB