Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya Gürcüstandakı diplomatik korpusun nümayəndələri ilə görüşüb

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya Gürcüstandakı diplomatik korpusun nümayəndələri ilə görüşüb

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşüb.

SİA xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının mətbuat xidmətinin rəhbəri, yepiskop Andriy Jagmaidze məlumat verib. Bildirib ki, görüş zamanı Gürcüstanın işğal altındakı ərazilərindəki vəziyyət, Gürcüstan vətəndaşlarının işğal xəttinin yaxınlığında qanunsuz qaçırılması, həmçinin həkim Vaja Qaprindaşvilinin işğalçı rejim tərəfindən qanunsuz saxlanılması məsələsi müzakirə edilib.

Patriarx, əməkdaşlığa görə diplomatik korpusun nümayəndələrinə təşəkkür edib.

Görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə