"Müxalifətin biabırçı vəziyyətə düşməsində günahkar Əli Kərimlidir” ÖZƏL-MÖVQE
“Azərbaycanda müxalifətin biabırçı vəziyyətdə olmasına görə, Əli Kərimli günahkardır”. Bunu SİA-ya internet-media ekspert Səbuhi Abbasov deyib.
Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər savadlı, intellektual, dünya siyasətini bilən insanlar, gənclər var: “Onu da bilirik ki, hər bir iqtidar üçün sağlam müxalifət mühüm əhəmiyyət kəsb edir. Ancaq Əli Kərimli son 10 ildə yetişməkdə olan bütün sağlam müxalif düşüncəli insanları məhv etdi, azdırdı. Bəzilərini həbsə saldırdı, bəzilərini kobud desək öz maraqlarına xərclədi. Əli Kərimlinin yanından ayrılan insanları danışdırsanız bütün mənzərəni görmüş və duymuş olacaqsınız. Bu adam özündən başqa heç kimin fikri ilə hesablaşmır, əldə olunan gəlirin 100 faiz mənimsənilməsi üçün bütün variantlara əl atır. Bu mənada hesab edirəm ki, vaxtı keşmiş bu “siyasətiçi”nin yerini elə müxalifətdə olan ciddi insanlar göstərməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB