Türkiyə Azərbaycan Dərnəyi (TAD) 9 yaşlı Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən öldürülməsinə etiraz əlaməti olaraq bəyanat verib. Bəyanatda Ermənistanla Azərbaycan arasında atəşkəs rejiminin hökm sürməsinə baxmayaraq Ağdam rayonu Orta Qərvənd kənd sakini 2002-ci il təvəllüdlü Bədəlov Fariz Arif oğlunun evlərinin qarşısındakı həyətdə oynayarkən baş nahiyəsindən güllə ilə vurularaq qətlə yetirildiyi qeyd olunur.
Müharibə şəraitində belə uşaqlara, qocalara və qadınlara atəş açılmadığı qeyd olunan bəyanatda vurğulanır ki, "əslində Ermənistanın Xocalıda törətdikləri soyqırımından, orada öldürdükləri uşaqlardan sonra, onların Farizi öldürmələri sürpriz deyildir".
TAD 9 yaşlı azərbaycanlı uşağın öldürülməsi ilə bağlı Ermənistanı kəskin qınadığını nəzərə çatdıraraq, dünya ictimaiyyəti və beynəlxalq təşkilatları bu hadisəyə münasibət bildirməyə, eləcə də Türkiyənin məsələ ilə bağlı Ermənistana rəsmi surətdə qınamağa çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB