Miqrant alverində faktlar artdıqca, təhdidlər də çoxalır QARŞIDURMA

Miqrant alverində faktlar artdıqca, təhdidlər də çoxalır QARŞIDURMA

Gülağa Aslanlı dəlilləri ortaya çıxaran jurnalisti hədələyib

Mühacir alverinə görə Almaniya polisinin Avropada Müsavat partiyası üzvlərini həbs etməsinin ardınca partiyada yaşanan kəskin təlatümlər, ittiham və suçlamalar daha da artır. Hətta ictimaiyyət nümayəndələrindən daha çox müsavatçıların özləri partiya rəhbərliyini saxtakarlıqda, yarıtmaz siyasət aparmaqda günahlandırırlar.

Məsələn, xatırlada bilərik ki, Avropada yaşayan müxalitəyönlü fal Nahid Cəfərov deyib ki, 2016-cı ildən siyasi proseslərə qatılandan sonra klassik müxalifətin hansı iyrəncliklər içində olduğu dərhal göründü: “Bununla bağlı 2017-ci ilin noyabr ayında şəxsən özüm məqalə yazdım. Məqsəd gördüklərimizi hər kəsə göstərmək idi”.

Nahid Cəfərov: “Böhtan atırlar, tirajlayırlar, trol hücumları təşkil edirlər və s. və ilaxır”

SİA xəbər verir ki, onun sözlərinə görə, çirkaba bulaşmış bu partiyalar saxta yolla sənəd satırlar, ana-bacı söyüşü söyürlər və bu söyüşü söyənləri partiya və ya təşkilatlarda qoruyub saxlayırlar, böhtan atırlar, daha sonra bu böhtanı tirajlayırlar, trol hücumları təşkil edirlər və s. və ilaxır.

N.Cəfərli bu gün müxalifət nümayəndələrinin, müsavatçıların bu dələduzlara qarşı açıq mübarizəsini alqışladığını deyib.

Gülağa Aslanlı: “Son söz Avropa məhkəmələrinin olacaq, yaşayarıq, görərik"

Lakin bütün bunlara baxmayaraq, Müsavat partiyasının başqanı Arif Hacılı, eks-başqan İsa Qəmbər və onların yaxın ətrafları onlara qarşı irəli sürülən haqlı ittihamları nəinki qəbul etmirlər, üstəlik faktları ortaya çıxaran şəxsləri müxtəlif cəhətlərdən təhdid də edirlər. Misal üçün, cərəyan edən bəlli olaylar istiqamətində daha bir təhdid partiyanın sədr müavini Gülağa Aslanlı tərəfindən edilib. Belə ki, o, mühacir alveri qalmaqalı ilə bağlı partiya qarşısında davamlı olaraq faktlar qoyan jurnalist Yafəz Əkrəmoğlunu hədəfə almaqla,onu məhkəməyə verəcəyini bildirib. Hətta G.Aslanlı növbəti addım kimi Almaniya məhkəməsinə müraciət edəcəyini bildirib. "Bütün hallarda son söz Avropa məhkəmələrinin olacaq, yaşayarıq, görərik", deyə, müsavatçı funksioner bildirib.

Yafəz Əkrəmoğlu: “Avropada bu qәlәti edә bilmәzsәn, çünki, Avropa mәhkәmәlәri sәnin saxta mühacirlәrә verdiyin arayışlardan boğaza yığılıblar”

Lakin onun bu təhdidi Y.Əkrəmoğıunu heç də iddiasından geri döndərməyib, əksinə daha bir faktı ortaya qoyub. Onun sözlərinə görə, G.Aslanlı mühacirәtә gәlәnlәr üçün "paket" düzəldir. Paketin aşağı qiymәti isə 6 mindir.

"Ancaq Avropada bu qәlәti edә bilmәzsәn, çünki, Avropa mәhkәmәlәri sәnin saxta mühacirlәrә verdiyin arayışlardan boğaza yığılıblar. Oturub sәni gözlәyirlәr ki, gәlәn kimi sənin özünü hәbs etsinlər. "Tak çto", papağını qoy qabağa yaxşı düşün" - deyə, Əkrəmoğlu bildirib.

Beləliklə, bu məsələnin nəinki Almaniyada, eləcə də Avropanın digər ölkələrində də aktuallığı artır və çox yəqin ki, bizlər Hollandiyada, Fransada, İngiltərədə və s. ölkələrdə də hüquq-mühafizə orqanlarının mühacir alveri məsələsində hərəkətə keçəcəklərinin şahidlərinə çevriləcəyik.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə