Bu gün 28 may metrosunun qarşısında bir qrup gənc aksiya keçirməyə cəhd edib

Bu gün 28 may metrosunun qarşısında bir qrup gənc aksiya keçirməyə cəhd edib
Bu gün metronun "28 may" stansiyası qarşısında bir qrup gənc aksiya keçirməyə cəhd edib. SİA-nın xəbərinə görə, aksiya keçirilən məkanda polis əməkdaşları və jurnalistlər də öz peşə borclarını yerinə yetiriblər. Qanunsuz aksiya iştirakçısı biri Fuad Hüseynov bildirib ki, gənclər keçirdiyi etiraz aksiyası ilə söz haqqını tələb edir. Sayımız yüzlərlədir, ancaq belə davam edərsə sayımız daha da artacaq. F.Hüseynov onu da əlavə edib ki, lazım gələrsə mitinqlər gələcəkdə də baş tuta bilər.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən qanunsuz aksiyanın keçirilməsinə imkan verilməyib. Məlumata görə, 6 nəfər həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə