84 yaşlı erməni vanna otağında ölü tapıldı

84 yaşlı erməni vanna otağında ölü tapıldı

Vanadzordakı mənzillərdən birində cəsəd tapılıb. SİA Ermənistana məxsus armlur.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, noyabrın 24-də, saat 11:19-da 911 xidmətinə Lori vilayətinin Vanadzor şəhərindəki Narekatsi küçəsi 2-də yerləşən mənzillərdən birində yaşayan bir şəxsin hamam otağında qalması barədə məlumat daxil olub.

Məlumatda bildirilir ki, qapını açmaq üçün xilasedicilərin köməyinə ehtiyac duyulub. Həmçinin qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və xilasetmə dəstəsindən yanğınsöndürmə briqadası hadisə yerinə yollanıb. Bildirilir ki, xilasedicilər vanna otağının qapısını acdıqları zaman 1936-cı il təvəllüdlü Karlenin cəsədini tapıblar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə