Qırğızıstanın paytaxtı "Ala-Too" mərkəzi meydanında korrupsiyaya qarşı mitinq başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, aksiya ictimai fəallar tərəfindən təşkil edilsə də, səlahiyyətlilərlə razılaşdırılmayıb.
Hazırda etiraz aksiyasında 200 nəfər iştirak edir. Onlar respublika hakimiyyətindən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini və şərəfsiz məmurların həbs olunmasını tələb edirlər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya keçirilən ərazidə növbədədirlər.
Mitinqə səbəb qırğız jurnalistlərinin gömrükdə boz sxemlərlə bağlı araşdırması olub. Material müəlliflərinin sözlərinə görə, bu sxemlərdə bir sıra keçmiş və indiki məmurlar iştirak ediblər. Jurnalistlərin fikrincə, bir neçə ildir korrupsioner məmurların fəaliyyətindən dəymiş zərər yüz milyonlarla dollar təşkil edib.
Oxşar etiraz aksiyaları ölkənin digər şəhərlərində də planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB