Ermənistanda yanvarın 1-dən etibarən qiymət artımı gözlənilir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazır.
Qəzet yazır ki, gələn ilin 1 yanvarından etibarən Ermənistanda qiymətlərin artması gözlənilir və ermənilər təxminən 699 adda məhsulun - ət, bitki yağı, taxıl, gübrələr, dərmanlar və s. məhsulların artacağından narahatlıq keçirirlər. İqtisadçı Qaqik Makaryan nəşrin müxbirinə verdiyi müsahibədə bir sıra kompensasiya hallarının nəzərdə tutulduğunu da söyləyib. Daha doğrusu, mümkün sosial titrəyişlərin qarşısının alınacağına ümid etdiyini bildirir. Bununla belə, iqtisadçının belə bir hal olacağı təqdirdə qarşısının alınacağına ümid etmədiyi də qorxu və həyəcanında özünü biruzə verir.
Kənd təsərrüfatında davam edən geriləməyə gəlincə, Makaryan bu geriləməni də etiraf edib. Verxnıy Lars keçid məntəqəsindəki məlum problemlərlə əlaqədar olaraq da iqtisadçı narahatçılığını gizlətməyib.
Göründüyü kimi, qiymət artımı qorxusu ermənilərin kürkünə birə salıb və Qaqik Makaryan kimi iqtisadçıların bu qorxunu dəf etməsi üçün əldən-ayaqdan getdiyi də təkzib edilə bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB