Bu gün Bakı Slavyan Universitetinin (BSU) Filologiya fakültəsinin konfrans zalında "Elmi əsərlər" kitabının xüsusi buraxılışının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimatda Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, İctimai- Siyasi universitetin rektoru Rasim Nəbiyev, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli və başqaları iştirak ediblər.
İlk olaraq çıxış edən BSU-nun rektoru Kamal Abdulla bildirib ki, kitab universitet və Osvald fon Volkenşteyn Cəmiyyəti (Almaniya) ilə birgə hazırlanıb: "Bu nəşr universitetin cəmiyyətlə birgə ilk işi deyil. Belə ki, BSU ilə Almaniyanın Yohannes Quttenberq Universitei Mayns və Osvald fon Volkenşteyn Cəmiyyəti arasında 2008-ci ildən başlayaraq "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə": Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb" adlı 10 illik layihə həyata keçirilir".
Kamal Abdulla onu da qeyd edib ki, bu xüsusi buraxılış filoloji aləmdə yaxşı tanınan alman şərqşünası, türkoloqu və diplomatı Hainrix Fridrix fon Ditsin adı ilə bağlıdır: "1815-ci ildə Dits qədim oğuz dastanı "Kitabi-Dədə Qorqud"un əlyazmasını ilk dəfə üzə çıxarıb. Elə həmin il fon Dits "Təpəgöz" boyunu almancaya tərcümə etməklə yanaşı, eyni zamanda bu möhtəşəm dastan haqqında, onun digər dastanlarla, qədim yunan miflərilə əlaqəsi barədə müfəssəl tədqiqatını nəşr etdirib. Bu, Avropa oxucusunun "Kitabi-Dədə Qorqud" dastanları ilə ilk tanışlığı olub. Beləliklə, o vaxtdan fon Ditsin adı nəinki alman türkoloji məktəbinin, həm də Azərbaycan filologiyasının unudulmaz adlarından birinə çevrilib. 5 ildən sonra bu möhtəşəm filoloji hadisənin 200 ili tamam olur".
Daha sonra çıxış edən Almaniyanın Visburq Universitetinin professoru Ziqlivde Hartman vurğulayıb ki, "Kitabi-Dədə Qorqud" dastanlarını dil, ədəbiyyat, mədəniyyətşünaslıq obyekti kimi öyrənən bir çox dünyaca məşhur türkoloqlar fəaliyyət göstərib: "Alman, italyan, rus, holland, ingilis, macar, fransız alimləri bu dastanın dəyərini zaman-zaman qeyd ediblər. "Qorqudşünaslığ"ın tədqiqi bir istiqamət kimi 1815-ci ildə fon Ditsin kiçik bir kitabının nəşrı ilə başladı. Həmin nəşrdən 195 il ötür və bu münasibətilə buraxılan "Elmi əsərlər"in bu günki qloballaşan dövrümüz üçün digər bir əhəmiyyəti də mədəniyyətlərarası dialoqa xidmət etməsidir".
Bununla yanaşı, BSU və Azərbaycanın digər ali məktəb alimlərinin əsərləri ilə yanaşı, burada Almaniyanın Vürtsburq, Yohannes Quttenberq, Frankfurt, Drezden Sakson Dövlət Universitetindən görkəmli ədəbiyyat və dil mütəxəssislərinin məqalələri dərc olunduğunu deyən V. Hardman: "Buraxılışda "Kitabi-Dədə Qorqud" dastanı barədə görkəmli ədəbiyyatşünasların fılologiyamızda artıq klassik tədqiqatlar sayılan araşdırmaları öz yerini tapıb. "Elmi əsərlər"in xüsusi buraxıhşı məhz Hainrix F. fon Ditsin xatirəsinə həsr edilib",- deyə əlavə edib.
Qeyd edək ki, "Elmi əsərləri" kitabı BSU və Osvald fon Volkenşteyn Cəmiyyəti (Almaniya) ilə birgə hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB