TBMM “Azərbaycan və Türkiyə strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”ni ratifikasiya edib

TBMM “Azərbaycan və Türkiyə strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”ni ratifikasiya edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasının dünən keçirilən iclasında deputatlar Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin ratifikasiya edilməsi barədə qanun layihəsini qəbul ediblər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, qanun layihəsi qəbul edildikdən sonra Baş Assambleya müqaviləni təsdiq edilməsi üçün ölkə prezidentinə təqdim edib.

 

Qeyd edək ki, 2010-cu il avqustun 16-da Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında imzalanan müqaviləni Azərbaycan Milli Məclisi 2010-cu il dekabrın 22-də ratifikasiya edib.

Bütün xəbərlər Facebook səhifəmizdə