Fikrət Demirtaş: "İki ölkə arasında münasibətlər hər zaman qardaşlıq münasibətləri olacaq"
Azərbaycan və Türkiyə arasında əlaqələr yüksələn xətlə inkişaf edir və burada müxtəlif qurumlararası münasibətlər də mühüm yer tutur. SİA-nın məlumatına görə, bu sözləri Türkiyə Jandarma Qüvvələri Baş Komandanlığın qərargah rəisi, general-polkovnik Fikrət Demirtaş jurnalistlərə açıqlamasında deyib.
Azərbaycana Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənovun dəvəti ilə gəldiyini söyləyən qonaq Daxili Qoşunların yaranmasının 19-cu ildönümünə həsr olunan tədbirlərə qatılacağını bildirib.
F. Demirtaş bildirib ki, Azərbaycanda keçirilən görüşlərdə Daxili Qoşunlar və Jandarma Qüvvələri arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparacaq. O, qeyd edib ki, bundan sonra da tərəfləri maraqlandıran sahələrdə əməkdaşlıq davam etdiriləcək və daha da genişlənəcək.
Ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" ifadəsini xatırladan F.Demirtaş bildirib ki, iki ölkə arasında münasibətlər hər zaman qardaşlıq münasibətləri olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB