YAP-ın İcra Katibliyində bələdiyyə seçkiləri ilə bağlı müşavirə keçirilib
Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində bu ilin dekabr ayının 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar ümumrespublika müşavirəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində məşvərətçi səs hüquqlu üzvlərinin iştirakı ilə keçirilən müşavirədə seçkilərə hazırlıq, seçki prosesinin gedişi, qanunvericiliyin tələblərindən irəli gələn məsuliyyət və vəzifələr müzakirə edilmişdir.
YAP İcra Katibinin müavini, MM-in komitə sədri Siyavuş Novruzov müşavirədə bu ilin dekabr ayının 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məsələləri ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB