Strasburqda “Azərbaycan 20 - Baxış 2020” adlı Beynəlxalq Forum keçiriləcək
11-12 mart 2011-ci il tarixləri arasında Fransanın Strasburq şəhərində Xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı tələbələrin "Azərbaycan 20 - Baxış 2020" adlı Beynəlxalq Forumu keçiriləcəkdir.
SİA-nın xəbərinə görə, Forumun işində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Prezident Administrasiyasının, Dövlət Neft Fondunun, Milli Məclisinin deputatlarının, həmçinin Azərbaycanın Avropada akkreditə olmuş səfirlərinin, xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı gənclərin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Forumda "Azərbaycanın yeni inkişaf modeli", "2020-ci ilədək həyata keçiriləcək lahiyələrdə gənc mütəxəssislərin yeri" kimi məsələlərin müzakirəsi gözlənilir.
Eyni zamanda "Şəbəkələşmə və Azərbaycanı təmsil etmənin yolları", "İnsan kapitalı-Azərbaycanın inkişaf prioriteti", "Gənclik və ictimai diplomatiya" və "Azərbaycançılıq –gələcək naminə birlik" mövzuları üzrə müxtəlif panel müzakirələrin aparılması gözlənilir.
TÜRKPA-nın Baş katibi Ramil Həsənovun forumun rəsmi açılış mərasimində çıxışı, həmçinin "Gənclik və ictimai diplomatiya" mövzusu üzrə məruzəsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB