Aydın Quliyev: "Aksiyaların arxasında duran təşkilatçılar özlərini göstərmək istəyirlərsə, bunun ancaq Azərbaycan modelini tapmalıdırlar” - AÇIQLAMA

Aydın Quliyev: "Aksiyaların arxasında duran təşkilatçılar özlərini göstərmək istəyirlərsə, bunun ancaq Azərbaycan modelini tapmalıdırlar” - AÇIQLAMA
"Problem ondadır ki, bunun hələ adının nə olduğu bəlli deyil. Bu məsələnin ətrafinda çoxlu qeyri-müəyyənlik var. Mən bilmirəm buna etiraz aksiyası deyək, yoxsa çağırış deyək". Bu barədə SİA-ya açıqlamasında facebook sosial şəbəkəsində aparılan 11 mart kampaniyasına münasibət bildirən "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, sadəcə olaraq uşaqlıq həvəsi ilə ortaya atılan bir məsələdə qeyri-müəyyənlik olduğuna görə, hələlik bunun adının nə olduğunu müəyyənləşdirmək çətindir. Onun sözlərinə görə, bu aksiyanın təşkilatçılarının kim olduğu və nə istədikləri bəlli deyil. A.Quliyev vurğulayıb ki, kifayət qədər mücərrəd fikirlərlə Azərbaycan cəmiyətində sanki bir firtına qoparmaq istəyirlər.

"Ən əsası ondan ibarətdir ki, ölkədə kütləvi aksiya keçirmək üçün mexanizimlər var və buna Konstitusiya ilə də icazə verilir. Doğrudur, ayrı-ayrı siyasi partiyaların, müəyyən qeyri-hökümət partiyalarının istədikləri yerlərdə aksiyaların keçirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər var. Amma bu o demək deyil ki, bu kütləvi aksiyalar ümumiyyətlə, qadağan edilir. Nəzərə alsaq ki, ölkədə bu cür qeyri-müəyyən aksiyanın baş tuta biləcəyi mən o qədər də inanım yoxdur. Hər ölkənin reallıqları, orijinal siyasəti, qüvvələri var. Belə şəraitdə modelləri, variantları tətbiq etmək və bunu çox böyük ümid bəsləmək eyforiyadan başqa bir şey deyil. Nəzərə alaq ki, Azərbaycandakı vəziyyət ərəb ölkələrindən xeyli dərəcədə fərqlənir. Ona görə də bu aksiyaların arxasında duran təşkilatçıları özlərini gostərmək istəyirlərsə, bunun ancaq Azərbaycan modelini tapmalıdırlar. Onların ciddi nəticələr ortaya qoyacaqlarına mənim böyük şübhəm var. Ona görə ki, Azərbaycan xalqı bu cür aksiyaların keçirilməsinə bələd deyil", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə