Qətər adambaşına düşən milli gəlirə görə bu il dünyanın ən zəngin ölkəsi olacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Beynəlxalq Valyuta Fondu (BVF) ölkədə Ümumi Daxili Məhsulun (ÜDM) bu il 20 faiz artacağını açıqlayıb.
BVF-nin adambaşına düşən milli gəlir siyahısında Qətər keçən il üçüncü yerdə idi. Ölkənin bu il ÜDM-i 2,5-3 faiz artması gözlənilən Norveç və Lüksemburqu (3,1 faiz) keçəcəyi proqnozlaşdırılır. BVF-nin keçən ilin oktyabr ayında açıqladığı proqnozlarda Qətər iqtisadiyyatının bu il 18,6 faiz inkişaf edəcəyi ifadə olunmuşdu.
Qeyd edək ki, Qətər 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB