"YAP respublikanın aparıcı siyasi partiyasıdır" RƏY-ÖZƏL

“Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və məşhur “91-lər “tərəfindən təsis edilən və 1992-ci ilin noyabrın 26-da Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ili tamam olur. Yeni Azərbaycan Partiyası bu illər ərzində çətin və şərəfli bir yol keçib”. Bu fikirləri SİA-ya açıqlamasında Millət vəkili Rauf Əliyev deyib.

O bildirib ki, hazırda Yeni Azərbaycan Partiyası Respublikamızın aparıcı siyasi partiyasıdır və bu partiya Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır.

Deputat söyləyib ki, hazırda Yeni Azərbaycan Partiyasının sıralarında olan 740000–dən çox üzvü ölkəmizin ictimai-siyasi həyatında, ölkə iqtisadiyyatının bütün sahələrində, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə fəal surətdə iştirak edirlər: “Yeni Azərbaycan Partiyasının namizədləri, Ulu öndər Heydər Əliyev və cənab İlham Əliyev Azərbaycanda keçirilən Prezident seçkilərində qalib gəliblər”.

1995-ci ildə etibarən ölkəmizdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyasının hər zaman qalib gəldiyini deyən R. Əliyev söyləyib ki, Respublikamızda Yerli özünüidarəetmə qurumlarına - Bələdiyyələrə seçkilərdə də partiyanın namizədləri həmişə qalib gəlib: “23 dekabr 2019-cu il tarixdə ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Əminəm ki bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının nümayyəndələri seçicilərin əksəriyyətin səsini qazanaraq qalib olacaqlar. Yeni Azərbaycan Partiyasının yaranması günü münasibəti ilə partiya üzvlərini təbrik edir onlara işlərində yeni- yeni uğurlar arzu edirəm”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə