Azərbaycan Respublikası Gənclər təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov Strasburqda keçiriləcək ASAIF forumunda iştirak edəcək. SİA-nın məlumatına görə, tədbir 11-12 mart, 2011-ci il tarixlərində Fransanın Strasburq şəhərində Avropa Gənclik Mərkəzində keçiriləcəkdir və bir qayda olaraq xaricdə təhsil alan tələbələr və məzunlar iştirak edəcəklər.
Millət vəkili Fuad Muradov tədbirdə "Gənclər və ictimai diplomatiya" mövzusunda çıxış edəcək.
Millət vəkili bildirib ki, Forumunun əsas məqsədi Azərbaycanın dəyərli gənc istedadlarına dəstək olmaq üçün gələcək əsasların qurulması, yeni vasitə və imkanların tədqiq edilməsi və yaradılmasına nail olmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB