Cümşüd Nuriyev: “Müxalif gənclər nə vaxtsa “Qarabağa azadlıq, ermənilərə ölüm” başlıqlı mitinq keçirməyə cəhd göstəriblər?”
Sosial şəbəkələr vasitəsilə neftlə zəngin olan və iqtisadi cəhətdən daha yaxşı yaşanan ölkələrə hücuma keçmək planı həyata keçirlir. Bu Qərbin xüsusilə ABŞ-ın yeni "Xaos" idarə etmə layihəsidir ki, həyata keçirir. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev son günlər Azərbaycanda "Facebook" sosial şəbəkəsində "11 mart Böyük Xalq Günü" adı altında kampaniyaya start verilməsinə və gənclərin ölkədə iğtişaşlara səslənmasi ilə bağlı bəyanatların yayılmasına münasibət bildirərkən deyib. O, qeyd edib ki, əvvəllər ABŞ bunu öz ordusunun əli ilə həyata keçirirdi. Amma Əfqanıstanda, İraqdakı uduşdan heçnə qalmadığına və nüfuzudan düşdüyü üçün bu müstəviyə keçdi. Yəni sosial şəbəkə vasitəsilə ilə insanları çağırışa gətirmək kimi vasitələrə əl atır.
Politoloq hesab edir ki, ABŞ "Xaos" layihəsinin Azərbaycanda tətbiq etməklə böyük yanlışlığa yol verir: "İlk öncə Azərbaycanda elə bir sistem mövcud deyil. Yəni sosial şəbəkə ilə işləyənlərin əksəriyyəti ümumi əhalinin heç 10 faizini təşkil etmir. Belə ki, Bəxtiyar Haciyev kimi üzdəniraq gənclər var. Orduda xidmət etməsin, millətinə xidmət etməsin amma başqalarına nökərlik etmək gələndə öz maraqları naminə özünün hər cürə imkanlarından istifadə etməyə çalışsınlar. Bir müəllim kimi deyə bilərəm ki, sosial şəbəkədə daha çox Azərbaycan əleyhinə yazanlar: oxumaq istəməyə və gününü çayxanada keçirmək istəyənlərdir. Əksəriyyəti isə ailədə valideynlərindən biri olmayan, özbaşına böyüyən, onun bunun əlinə baxan uşaqlardır. Bunların içərisində birini göstərsinlər ki, Azərbaycanın ictimai-siyasi həyatında fəal rolu olsun, hansısa bir iş görsün ən azı imtahanlarını özü versin. Yəni bu tip gənclərin içərisində 10 nəfərini tapıb mənə göstərsələr mən əllərimi qaldıraram. Birdəki, Azərbaycanın gəncliyi 5-10 nəfərdən ibarət deyil".
Şəbəkənin xaricdən idarə olunmasında da məqsəd var. C.Nuriyev deyir ki, burada daha çox ABŞ və İngiltərənin nümayişlər öncəsi çağırışları maraq doğurur. Eyni zamanda çox maraqlıdır ki, fəallıq göstərən AXCP-nin müavini Razi Nurullayevin ermənilərlə həddindən çox yazışmaları o cümlədən "Dalğa" gənclər hərəkatı başçısının bunlarla olması və gündəlik yazışmaları bir daha sübüt edir ki, 11 Martda planlaşdırılan aksiya bir mənalı şəkildə xaricdən yönləndilib: "Daha doğrusu şeytanın barmağı ABŞ və İngiltərədən gəlir. 11 və 12 martda planlaşdırılan hadisələrdən qabaq ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza birdən-birə Azərbaycanda insan hüquqlarının müdafiəçisinə çevrilir və bunlar əvvəl Əli Kərimlini sonra İsa Qəmbəri qəbul edir. Bu azmış kimi İstanbulda olan və baş ofisi Londonda yerləşən dini qurum Azərbaycanda hicabla bağlı məlumat yayır. Yəni burada bəyanat yayanları Azərbaycan gəncləri tanımır. Yəni bunların erməni olmamaları ilə bağlı dəqiq məlumat yoxdur".
Politoloq həmçinin şəbəkədə çağırışlar edən şəxslərin şəxsi maraqlarını dövlət və millətin maraqlarından üstün tutduqlarını deyir: "10 yaşlı uşağı erməni snayperi öldürdü və ATƏT buna ancaq bir bəyanat verməklə qurtarır. Hanı Azərbaycan müxalifətinin adamları? Hanı o sosial şəbəkədə olan və özünü güya bu millətin qurtarıcısı kimi sayan gənclər? Nədən bunlar şərəfsizliklə məşğul olurlar? Amma bu vəziyyətə münasibət bildirmirlər? Həmin o sosial şəbəkə ilə bütün dünyaya xəbər versinlər ki, Ağdamda 10 yaşlı uşağı güllələdilər. Nədən bunlar İslamla bağlı bu məsələləri qaldırırlar? İki üzlü satqınlar həqiqətləri niyə gündəmə gətirmirlər? Nədən vəziyyəti stabil saxlamaq adı altında bu yola əl atırlar? Getsinlər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsinlərki, biz "Qarabağa azadlıq, ermənilərə ölüm" başlıqları ilə mitinq keçirmək istəyirik. Nə vaxt belə müraciət ediblər? Bilirsiniz bunun arxasında sırf xaricdən sifariş durur. Eyni zamanda xaricdə də sosial şəbəkə ilə bağlı vəziyyətləri gündəmə gətirəndən sonra orada təxribat törədilir. Təxribat törədildikdən sonra xaricin kəşfiyyat orqanları qan tökür və onu hakimiyyətin üzərinə yıxır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB