ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis 13-18 mart tarixlərində Cənubi Qafqaz regionunda səfərdə olacaq. SİA-nın ATƏT-in rəsmi saytına istinadən yaydığı məlumata görə, ATƏT sədri martın 13-də Azərbaycana gələcək. Səfər proqramına əsasən Audronyus Ajubalis martın 15-də Gürcüstana, martın 17-də isə Ermənistana gedəcək. ATƏT sədri Cənubi Qafqaz turnesi çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri, Gürcüstanın baş naziri, siyasi partiyaların nümayəndələri ilə görüşəcək.
Görüşlərdə Litvanın ATƏT-ə sədrliyi dövründə fəaliyyətinin prioritetləri müzakirə olunacaq. Müzakirə olunacaq məsələlər arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması xüsusi yer tutacaq. Audronyus Ajubalis hər bir ölkəyə səfərin yekunlarına dair yerli jurnalistlər üçün mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernat Fasie (Fransa) və İqor Popov (Rusiya) martın 15-də Azərbaycana səfər edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB