Albaniya XİN: “Azyaşlı uşaqların qətlə yetirilməsini qətiyyətlə pisləyirik”

Albaniya XİN: “Azyaşlı uşaqların qətlə yetirilməsini qətiyyətlə pisləyirik”

"Albaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır". SİA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Albaniyanın xarici işlər naziri Edmond Hacinasto xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib. O, qeyd edib ki, diplomatik yolla münaqişənin həlli üçün hələ potensial var: "Münaqişənin diplomatik yolla həlli yolları hələ tükənməyib. Eyni zamanda münaqişənin həlli yolunda divar və maneələr olmamalıdır. Başlıca məqsəd əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasından ibarətdir. Azərbaycan isə bu prinsipləri nəzərə alır. İnanırıq ki, münaqişə tərəflərində kifayət qədər iradə mövcuddur ki, danışıqlar davam etsin. Davamlı sülh insanların normal yaşayışına imkan verəcək".

Təmas xəttində azyaşlı uşağın öldürülməsinə gəlincə albaniyalı nazir: "Günahsız insanların, xüsusən də azyaşlı uşaqların qətlə yetirilməsini qətiyyətlə pisləyirik. Ümid edirik ki, belə hadisələr təkrar olunmayacaq",-deyə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə