Millət vəkili: “İndiki vəziyyətə görə əfv gözlənilmir, bundan sonra nə olacağını deyə bilmərəm”
ATƏT-in Minsk qrupunun Ermənistan ilə bağlı konkret mövqeyi olmalıdır. SİA-ya açıqlamasında bu sözləri millət vəkili Azay Quliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son proseslərə münasibət bildirərkən deyib.
BMT Baş Assambleyası ilə ATƏT arasında razılığın nəticəsi olaraq faktaraşdırıcı missiyanın yaradıldığını və hesabatın indiyə kimi açıqlanmadığını deyən millət vəkili qeyd edib ki, cəbhə bölgəsində 10 yaşlı uşağın snayper atəşi ilə öldürülməsi hesabatda xüsusi qeyd olunmalıdır. A.Quliyev hesab edir ki, həmin uşağa azərbaycanlı kimi yox, bir bəşər övladı kimi yanaşılaraq vəhşiliyə qiymət verilməlidir: "Ortada bir qəddarlıq faktı var və bu fakta laqeyd yanaşmaq olmaz. Hesab edirəm ki, bu cılızlıq əlamətidir. Bu Azərbaycana olan nifrətin ən bariz nümunəsidir. Bununla da ermənilər bir daha göstərir ki, onlar faşistlərdən də qəddardırlar. Özünə hörmət edən heç bir hərbçi bunu etməz. Ermənilərdən bundan başqa nə gözləmək olardı ki?"
Novruz Bayramı öncəsi əfvin mümkünlüyü ilə bağlı mətbuatda gedən yazılara da münasibət bildirən A.Quliyev vurğulayıb ki, barədə konkret bir mövqe ortada yoxdur: "Əfv komissiyası toplanmayıb və bu barədə qərarın olacağını deyə bilmərəm. Əfv vermək cənab prezidentin səlahiyyətinə aiddir. İndiki vəziyyətə görə əfv gözlənilmir, bundan sonra nə olacağını deyə bilmərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB