"Nizami Gəncəvinin məqbərəsində restavrasiya işlərinə başlanılacaq". SİA-nın bölgə müxbiri xəbər verir ki, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev deyib.
Onun sözlərinə görə artıq bu istiqamətdə yeni tədbirlər planı hazırdır. "Dahi şairin məqbərəsinin restavrasiyasına hazırlaşırıq. Mən məqbərədə oldum və gördüm ki, ətrafı və üzü təmir edilməlidir. Tədbirlər planı təsdiq edilib və yaxında işlərə başlanılacaq", Elmar Vəliyev əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB