Ermənilər növbəti dəfə Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar

Ermənilər növbəti dəfə Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 10-da saat 01.35-dən 01.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə