ATƏT 9 yaşlı Fariz Bədəlovun erməni snayperindən açılan atəş nəticəsində öldürüldüyü ərazidə monitorinq keçirəcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 10-da Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndinin cənubundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev bildirib. T.Abdullayev bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndinin cənubundakı təmas xəttində monitorinq keçirilməsinin planlaşdırıldığını xatırladaraq deyib ki, həmin monitorinqdən dərhal sonra səhra köməkçilərinin (Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Uilyam Praroy və Jaslan Nurtazin) Ağdamın Orta Qərvənd kəndinə gələrək yenidən orada monitorinq keçirmələri planlaşdırılır.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov izləyəcək.
Qeyd edək ki, martın 8-də erməni snayperindən açılan atəş nəticəsində Ağdam rayonunun Orta Qərvənd kənd sakini, 2002-ci il təvəllüdlü Bədəlov Fariz Arif oğlu qətlə yetirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB